ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask dünya üzrə cəmi 24 nəfərin daxil olduğu super milyarderlər reytinqinə başçılıq edir . Vətəninfo.az xəbər verir ki, bu barədə Altrata analitik şirkətinin məlumatlarına istinadən The Wall Street Journal məlumat yayıb .
Onun fikrincə, bu gün biz son dərəcə varlıların yeni kateqoriyasından – hər birinin sərvətinin ən azı 50 milyard dollar olduğu təxmin edilən super milyarderlərdən danışmaq olar . Altrata bu siyahı üçün dünyanın müxtəlif ölkələrindən 24 nəfəri seçib . Onu Amazon onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos ( 263,8 milyard dollar ), lüks mallar nəhəngi LVMH-nin sahibi Bernard Arnault ( 238,9 milyard dollar ), texnologiya şirkəti Oracle-ın baş direktoru Larri Ellison ( 237 milyard dollar ) və Meta Corporation-ın baş direktoru Mark Zukerberq ( 22 milyard dollar ) izləyir .
Altratanın hesablamalarına görə, ümumilikdə dünyanın 24 ən varlı adamı 3,3 trilyon dollara sahibdir ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə oluna bilər. Siyahıda yer alan 16 nəfərin sərvəti 100 milyard dolları ötüb. Üstəlik, 19-cu və 20-ci əsrin əvvəllərində ən varlı adamlar sənayeçilər idisə, indiki super milyarderlər öz kapitallarını texnologiya sektorunda qazanıblar.