İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampı prezident seçkiləri kampaniyasında dəstəkləyən yeni siyasi komitəyə ayda təxminən 45 milyon dollar ayırmağı planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.
Onların məlumatına görə, iyun ayında yaradılan Amerika PAC adlı komitənin məqsədi seçiciləri qeydiyyata almaq, onları erkən səs verməyə inandırmaq, həmçinin yelləncək ştatlarında sorğular keçirməkdir. Bildirilib ki, komitə işlərin görülməsi üçün yüzlərlə insanı işə götürüb.
WSJ qeyd edib ki, Palantir Technologies, biznes əkiz qardaşları Tayler və Cameron Winklevoss, ABŞ-ın Kanadadakı keçmiş səfiri Kelly Kraft və onun əri Co Kraft (Alliance Resource Partners kömür hasilatı şirkətinin baş direktoru) həm də America PAC-ın sponsorlarıdır.


























