Vətəninfo.az Bloomberg-ə istinadən xəbər verir ki, milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını təşkilatın ofisindən qovub.
Nəşr qeyd edir ki, Federal Ticarət Komissiyasının (FTC) əməkdaşları yaxın aylarda binaya köçəcəklər.
“Fevralın 26-da Vaşinqtonda Federal Ticarət Komissiyasının əməkdaşlarına bildirilib ki, onlar yaxın aylarda hazırkı ofislərini tərk etməli və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən boşaldılan binaya köçməli olacaqlar”, – hesabatda deyilir.
O da qeyd edilir ki, sərəncam ABŞ prezidenti Donald Trampın dövlət işçilərinin sayını azaltmaq barədə göstəriş verdiyi departament olan DOGE-dən gəlib.
Bundan əlavə, USAİD əməkdaşlarına təşkilatın binasından şəxsi əşyaların çıxarılması tapşırılıb.