image-1backend

Mask Zelenskiyə hakimiyyətdən getməyi və Ukraynanı tərk etməyi təklif edib

image-reklam_sirab_01

Amerikalı milyarder İlon Maskın fikrincə, Ukrayna prezidenti Vladimir Zelenski hakimiyyətdən getməli və ölkəni tərk etməlidir. Vətəninfo.az xəbər verir ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask öz X səhifəsində belə bir fikir bildirib.

“Nə qədər xoşagəlməz olsa da, Ukraynada demokratiyaya sülh yolu ilə qayıtmaq müqabilində Zelenskiy neytral ölkədə amnistiyaya məruz qalmalıdır”, – Mask yazıb.

Musk başqa bir yazısında Zelenskini Rusiya ilə müharibəni uzatmaqda ittiham edib.“Zelenski əbədi müharibə istəyir, sonsuz dağıntılar axtarır. Bu şərdir”, – Mask yazıb.

 Bundan əvvəl Amerika mediası öz mənbələrinə istinadən Trampın Ukraynaya hərbi yardımı dayandırdığını yazmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image