Matvienko yenidən Rusiya Federasiya Şurasının sədri seçilib
Rusiyalı senatorlar Valentina Matviyenkonu yenidən Federasiya Şurasının sədri vəzifəsinə seçiblər. Bu barədə Vətəninfo.az “İnterfaks” agentliyinə istinadən xəbər verir .
Qərar sentyabrın 25-də Federasiya Şurasının payız sessiyasının birinci iclasında səsvermə yolu ilə qəbul edilib.
Matvienko Sankt-Peterburqdan olan senatordur və 2011-ci ildən Federasiya Şurasının sədridir. 2024-cü ilin sentyabrında onun üçüncü səlahiyyət müddəti başa çatdı. Regional seçkilərdən sonra Sankt-Peterburqun seçilmiş qubernatoru Aleksandr Beqlov yenidən Matvienkonu şəhər icra hakimiyyətindən senator kimi Federasiya Şurasına həvalə edib.
Ən yaşlı senator Yuri Vorobyov palatanın sədri kimi Matviyenkoya səs verməyi təklif edib. Başqa namizədlər irəli sürülməyib.
Matvienko 155 senator tərəfindən yekdilliklə yenidən seçilib.
Rusiya Parlamenti, Federasiya Məclisi iki palatadan ibarətdir: Dövlət Duması və Federasiya Şurası.