image-image_750x_6718a92726ceebackend

McDonald’sda kütləvi zəhərlənmə: Bir nəfər öldü, 10 nəfər xəstəxanaya yerləşdirildi

image-reklam_sirab_01

ABŞ-da McDonald’s fast food restoranları şəbəkəsində baş verən kütləvi zəhərlənmə nəticəsində bir nəfər ölüb, daha on nəfər xəstəxanaya yerləşdirilib. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb. Zəhərlənənlərə bağırsaq qripi infeksiyası diaqnozu qoyulub.

Zəhərlənmə halları on ştatda baş verib. Ümumilikdə 49 nəfər zəhərlənib. Zəhərlənməyə “Royal Cheeseburger” səbəb olub. İlkin məlumata görə, soğanın tərkibində bağırsaq tsupiki ola bilər. Elanda zəhərlənənlərin sayının arta biləcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki