image-1backend

Mədəniyyət Nazirliyi yuxudadır: Heykəllər çirkab içərisindədir -FOTOLAR

image-reklam_sirab_01

Şəhərdəki heykəllərə baxımsızlıqdan, çirkabdan yaxın düşmək olmur. Şəhərin düz mərkəzində yerləşən heykəllərə münasibət bir daha onu göstəriri ki, bu işə məsul olan Mədəniyyət Nazirliyi öz işinin öhdəsindən gələ bilmir. Şəhərin düz mərkəzində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin heykəli çirkab imərisindədir. Hər gün bu ərazini minlərlə turist ziyarət edir. Başı pul qazanmağa qarışan Mədəniyyət Nazirliyinin səlahiyyətliləri bəlkədə hər gün bir neçə dəfə bu heykəlin önündən keçirlər. Amma aylardır ki, bu heykəl çirkab içərisindədir.

Azərbaycan ədəbiyyatı tarixində anadilli fəlsəfi poeziyanın əsasını qoyan məhəbbət, gözəllik və əqidə nəğməkarı kimi şöhrət qazanan belə bir şairə hörmətsizlik mədəniyyətimizə çalınan baltadır.

Xatırladaq ki, İmadəddin Nəsimiyə  qoyulan bu heykəlin açılışı  1980-ci ildə baş tutub.

Heykəlin müəllifləri xalq rəssamları Tokay Məmmədov və İbrahim Zeynalovdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə heykəl ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mədəniyyət Nazirliyinin yarıtmaz fəaliyyətinin nəticəsidir ki, şəhərdəki bütün heykəllər çirkab içərisindədir. Yəqin ki, tezliklə bu heykəllər çirkabdan xilas ola biləcək.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki