image-reklam-veteninfo
image-nahid-canbaxisli-veteninfo-azbackend

“Media subyektlərinə vergi güzəştləri informasiya sektorunun inkişafına, media müstəqilliyinin güclənməsinə təkan verəcək”-NAHİD CANBAXIŞLI

image-reklam-veteninfo
“Azərbaycan mediası üçün mühüm qərar qəbul edildi. Media subyektlərinin vergi güzəştləri müddəti daha 3 il uzadılıb. Bu addım informasiya sektorunun inkişafına, media müstəqilliyinin güclənməsinə və redaksiyaların iqtisadi dayanıqlığının artırılmasına yönəlmiş strateji qərar kimi qiymətləndirilməlidir”.
Bunu Veteninfo.az İnformasiya Agentliyinin Baş redaktoru Nahid Canbaxışlı bildirib.
“Qeyd edim ki, media qurumları üçün vergidən azadolma mexanizmi ilk dəfə 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdi və 2026-cı ilə qədər davam etməli idi. Lakin hökumət son illərdə medianın iqtisadi şəraitini və rəqəmsal transformasiya prosesini nəzərə alaraq bu müddəti 2029-cu ilədək uzatmaq qərarına gəlib.”-vurğulayan Nahid Canbaxışlı əlavə edib ki,yeni qərara əsasən, Media Reyestrində qeydiyyatdan keçmiş çap və onlayn media subyektləri (audiovizual media istisna olmaqla) bir sıra əsas vergi növlərindən azad olunurlar. Buraya mənfəət vergisi, gəlir vergisi, reklam gəlirlərinə tətbiq olunan vergilər və sadələşdirilmiş vergi də daxildir. Qısası, redaksiyalar bu illər ərzində qazandıqları vəsaiti birbaşa inkişaf, texnoloji yenilənmə və peşəkar kadrların yetişdirilməsinə yönəldə biləcəklər: “Vergi güzəştlərinin uzadılması dövlətimizin media sektoruna olan etimadının göstəricisidir. Bu, həm də informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, milli media məkanının qlobal rəqəmsal çağırışlara daha çevik uyğunlaşması baxımından önəmli addım sayılmalıdır”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki