İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri ”Həmas”ın başçısı İsmayıl Haniyənin öldürülməsinə verəcəkləri reaksiyanı qiymətləndirdiklərini söyləyib.
Copied:
Vətəninfo.az xəbər verir ki, paytaxt Tehranda İsmayıl Həniyə üçün keçirilən dəfn mərasimində İran dövlət televiziyasına müsahibə verən Məhəmməd Baqiri deyib: “Şəhid olan İsmayıl Haniyənin qanının yerdə qalmaması üçün verəcəyimiz reaksiyanı qiymətləndiririk.Müxtəlif addımlar atılmalıdır. İsrail mütləq peşman olacaq”.
İran rəsmisi sözügedən addımın atılacağını vurğulayıb.