Vətəninfo.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Kərkük-Ceyhan neft boru kəmərindən Türkiyəyə nəqlə başlamağa hazır olduqlarını bəyan edib.
Sudani Rusiyanın paytaxtı Moskvada keçirilən Rusiya Enerji Həftəsinin əsas sessiyasında açıqlama verib.
Fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan zəlzələlər səbəbindən Kərkük-Ceyhan neft kəməri ilə daşınmanın dayandırıldığını xatırladan Sudani deyib:
“Lakin bu yaxınlarda müəyyən texniki yoxlamalar aparılıb ki, bu da kəmərin hazır olduğunu göstərdi. Hökumət də daşımaları yenidən başlamağa hazırdır. Bu barədə Türkiyə rəsmilərindən də məlumat almışıq”.


























