Vətəninfo.az xəbər verir ki, İranın islahatçı eks-prezidenti Məhəmməd Xatəmi hökumətin idarəçilk tərzini, İranın imkanlarının israf edilməsini sərt şəkildə tənqid edərək deyib:
“Biz insanların yanında olaraq, onların problemini bilib dilə gətirməliyik və hökumətə bildirməliyik ki, insanlara qarşı pis işlər görür”.
O, “İnqilabdan Öncə Müsəlman Siyasi Məhbuslar Dərnəyinin Mərkəzi Şurası” ilə görüşündə hökumətin özünü islah etməsinin vacibliyinə bir daha aydınlıq gətirib və bildirib ki, bu cür idarəçiliklə həm İslam, həm xalq, həm də İran əziyyət çəkir və sağalmaz yaralara məruz qalır.
“İnsanlar qul deyil! Çalışın xalqa cavab verə bilən birisini hakimiyyətə gətirin. Əgər deyirsinizsə ki, gücümüz var və belədirsə, bəs niyə İslam adına belə edirsiniz?”-deyə, o, qeyd edib.