image-ince_22backend

Məhərrəm İncə geri çəkilir, onu dəstəkləyəcək – Təcili

image-reklam_sirab_01

Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərinə 2 gün qalmış Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri çəkmək qərarı verib.

Bu barədə Axar.az-a türkiyəli jurnalist Həsən Barın məlumat verib.

Onun sözlərinə görə, yerli vaxtla saat 14:00-da mətbuat konfransı keçərəcəyini elan edən Məhərrəm İncə tərəfdarlarını “Altılı masa”nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğluna səs verməyə çağıracaq.

“Məhərrəm İncənin namizədlikdən geri çəkilmə səbəbi kimi səhhətindəki vəziyyətini göstərəcəyi ehtimal olunur”, – H.Barın bildirib.

Qeyd edək ki, ötən gün Məhərrəm İncənin səhhətində yaranan problem səbəbindən görüşlərinin təxirə salındığı açıqlanmışdı. Onun hətta infarkt riskinə qarşı müalicəyə başladığı bildirilirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki