image-1backend

Meksika Putini həbs etməyəcək

image-reklam_sirab_01

Meksika prezidenti Andres Manuel Lopez Obrador yerinə seçilən Klaudiya Şeynbaumun oktyabrın 1-də keçiriləcək andiçmə mərasimində Rusiya prezidenti Vladimir Putin iştirak edərsə, onu həbsetmə tələbinə əməl edilməyəcəyini bildirib.

Tələb Ukraynanın Meksikadakı səfirliyindən gəlib.

Ukrayna səfirliyi avqustun 8-də Meksika administrasiyasına ünvanladığı məktubda V.Putinin həbs olunmasını istəyib və Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) Rusiya prezidentinin həbsinə order verdiyini xatırladıb. Məktubda bildirilirdi ki, Meksika İCC yurisdiksiyasını tanıyan ölkə kimi üzərinə düşən öhdəliyi yerinə yetirməli və Putini həbs etməlidir.

Keçirdiyi mətbuat konfransında Andres Manuel Lopez Obrador ölkəsinin bu tələbi qəbul etmədiklərini söyləyib: “Biz bunu edə bilmərik. “Bu, bizə aid deyil”.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Rusiyanın Ailə və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Kreml bəyan edib ki, bu qərarın heç bir hüquqi qüvvəsi yoxdur, çünki Rusiya İCC-in əsaslandığı Roma Sazişinin tərəfdarı deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki