Vətəninfo.az xəbər verir ki, Meksikanın hakim “Morena” partiyasının namizədi Klaudiya Şeynbaum INE Milli Seçki İnstitutunun səslərin sürətli hesablanması sisteminin məlumatlarına əsasən, ölkədə keçirilən prezident seçkilərində inamla qalib gəlir.
INE seçkiqabağı məlumatların ötürülməsi sistemində 214 min səsin işlənməsinin nəticələrinə görə, Klaudiya Şeynbaum 59,04 faiz, onun rəqibi “Meksika üçün güc və ürək” müxalifət koalisiyasından Koçitl Qalves 29,57 faiz səs toplayıb.
İşlənmiş məlumatlara görə, seçkilərdə iştirak 54,98% təşkil edib.