image-1backend

Meksikalı məşhur narkobaronlar ABŞ-da həbs edildi

image-reklam_sirab_01

ABŞ Ədliyyə Nazirliyi Meksikalı narkobaron  “El Mayo” ləqəbli İsmael Zambada Qarsiya və “El Çapo” kimi tanınan Xoakin Quzmanın oğlu Xoakin Qusman Lopezin  olduğu qrupu  Texasda həbs edib.

ABŞ Ədliyyə naziri Merrick Garland, verdiyi açıqlamada, ABŞ-da əsa narkotika şəbəkəsini ələ keçirtdiklərini açıqlayıblar. Vətəninfo.az xəbər verir ki,  Qarland açıqlamasında dünyanın ən təhlükəli narkobaronlarını həbs etdiklərini bildirib.

ABŞ-da ən çox axtarışda olan narkotik tacirlərindən biri olan Sinaloa kartelinin aparıcı liderlərindən biri, 28 yaşlı Ovidio Quzman 2023-cü ilin fevralında Meksikanın şimalında yerləşən Kuliakan şəhərində keçirilən əməliyyat nəticəsində saxlanılıb və ABŞ-a ekstradisiya edilib.

“El Çapo” ləqəbli Xoakin Quzman ötən ilin iyulunda ABŞ-ın Nyu-York ştatında aparılan iş üzrə ömürlük həbs cəzasına məhkum edilib.

2001 və 2015-ci illərdə Meksikada iki yüksək təhlükəsizlik həbsxanasından qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutularaq ABŞ-a ekstradisiya edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki