image-1backend

Məmurlara telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” – FOTOFAKT

image-reklam_sirab_01

“Laser Beauty Estetik Klinikası” MMC-nin baş həkimi Rəna Soltanova haqda çoxsaylı şikayətlər var. Şikayətlər isə vaxtı ilə onun pasiyenti olmuş şəxslərdəndir.

Vətəninfo.az  xəbər verir ki, uzun müddət reklamlarla gündəmə gələn Rəna Soltanova klinikasının bağlanması ilə də qalmaqal yaratdı.

Belə ki, o və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlamaya gələn məmurları yuxarılara şikayət edəcəkləri ilə hədələyiblər. Həm də məmurlara telefon çırpıblar. Bu məlumat yanvarın 24-də verilən rəsmi açıqlamada yer alır.

FOTO SON.jpeg (34 KB)

Fotoda Rəna Soltanova

Adı çəkilən klinikada yoxlamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri həyata keçirib.

Yoxlama nəticəsində məlum olub ki, müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib.

Həmçinin müəssisədə 30 nəfərdən çox sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.

Bu qədər ciddi nöqsanlar aşkar edilsə də, maraqlıdır ki, klinika fəaliyyətini davam etdirir.

Klinikadan Musavat.com-a bildirilib ki, fəaliyyətlərinin davam etməsində heç bir problem yoxdur.

Həkim Rəna Soltanova da öz sosial şəbəkə hesablarında fəaliyyətini davam etdirdiyini nümayiş etdirib. O, pasiyentlərinə xidmət göstərməsini əks etdirən foto və\ videogörüntüləri paylaşıb. Rəna Soltanova onun barəsində yayılan məlumatlara da söz atıb.

RENA SON.jpeg (85 KB)

 

RENA 3.jpeg (74 KB)

RENA 4.jpeg (69 KB)

“Bir azdan deyəcəklər ki, Rəna həkim ürək əməliyyatı edib. Nəticədə iki nəfər ürəksiz qalıb” – deyə R.Soltanova ismarışında qeyd edib.

Klinikanın bağlanacağı xəbərləri yayıldıqdan sonar Rəna Soltanovadan çoxsaylı şikayətlər üzə çıxıb.

R.Soltanovanın qurbanlarından biri olan Zülfiyyə adlı xanım bu günə qədər 6 əməliyyat keçirib. O, Rəna Soltanovanın qəbulunda olan zaman ayaqlarına dolğu vurdurub. Bir müddət sonra isə ayaqlarında ciddi fəsadlar yaranıb. Xanım qeyd edib ki, bu günə qədər 6 əməliyyat keçirsə də, normal həyata qayıda bilmir.

RENA 5.jpeg (274 KB)

Maraqlıdır ki, Səhiyyə Nazirliyinin bu qədər nöqsanlar aşkar etdiyi, həkimindən bu qədər şikayətlər olan klinika fəaliyyətini necə davam etdirir? Ola bilər ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yaydığı rəsmi xəbərin içində yazıldığı kimi Rəna Soltanova və klinikanın rəhbəri “yuxarılara sizdən şikayət edərik” sözlərini reallığa çevirib…

Həkim Rəna Soltanovadan daxil olan digər şikayətləri təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image