“Bu gün Ukrayna cəbhəsində baş verənlər rüsvayçılıqdır və biz burada iştirak etməyəcəyik…”
“Belarus qızları öz aralarında “vaqnerçilər”in gəlişi barədə həvəslə pıçıldaşır, amma onların xətrinə dəyməyin, qardaş kimi yanaşın…”
“Sərbəst buraxılan keçmiş məhbuslar Anapada otellərdə qalır, ərazini özbaşına tərk edərək pozğun həyat tərzi keçirir…”
“Moskvaya yürüşü” ilə fiaskoya uğrayandan sonra özünə gələn gözdən düşmüş rusiyalı oliqarx Yevgeni Priqojin özünün “Vaqner qrupu” özəl hərbi şirkətində fəaliyyətini davam etdirir.
Moderator.az xəbər verir ki, bu barəfə “rbc.ua” məlumat yayıb.
Rusiyanın “Teleqram-kanal”larında yayılan videoda “Putinin aşpazı”na oxşar şəxs öz muzdlularını “Belarus torpağına gəlişi” münasibətilə” alqışlayır və Ukraynada müharibəni şərh edir.
Bəlli olduğu kimi, Belarusa “vaqnerçilər”in ən azı altı karvanı gəlib. Qruplaşmanın təxminən iki min döyüşçüsü Osipoviç ətrafındakı Tsel kəndində çadır düşərgəsində yerləşib.
Məlumata görə, bu video, guya, “Vaqner qrupu” bayrağının Rusiyanın Molkino qədəbəsindəki bazasından muzdluların Belarusdakı düşərgəsinə verilməsi zamanı” çəkilib.
Çəkilişlər axşam çəkilib, lakin Priqojinin səsini asanlıqla ayırd etmək olar. Özəl şirkətinin rəhbəri öz döyüşçülərinə “Ukraynada ləyaqəti xidmətə görə” minnətdarlıq edib və onların qarşısında yeni döyüş tapşırıqları qoyub.
“Belarus torpağına xoş gəlmişsiniz! – öz nitqini Priqojin belə başlayıb. – Siz ləyaqətlə döyüşmüsünüz. Siz Rusiya üçün çox şeylər etmisiniz. Bu gün cəbhədə baş verən rüsvayçılıqdır və biz burada iştirak etməyəcəyik, özümüzü tam mənada göstərmək üçün məqamı gözləyəcəyik. Ona görə də bizim burada, Belarusda olmağımıza qərar verilib”.
“Səmimiyyət və qonaqpərvərliyə” görə Priqojin Belarusa müvəqqəti hərbi qəyyumluq vəd edib.
“Mən əminəm ki, bu müddət ərzində biz Belarus ordusunu dünyada ikinci orduya çevirəcəyik, – o, əmin edib. – Lazım gəlsə, tələb edilsə, biz onlara kömək edəcəyik”.
Daha sonra Priqojin belarusların onları təkcə qəhrəmanlar kimi deyil, qardaşları kimi qarşıladıqlarına maksimal olaraq diqqət etməyi xahiş edib.
“Deyirlər ki, mağazalarda yerli qızlar öz aralarında “vaqnerçilər”in gəlməsi barədə həvəslə pıçıldaşırlar. Amma ehtiyatlı olun, onların heç birinin xətrinə dəyməyin. Onlara da qardaş kimi münasibət göstərməliyik”, – o, vurğulayıb.
Özəl şirkəti rəhbərinin sözlərinə görə, “vaqnerçilər” Belarusdakı düşərgədən hazırlıq üçün istifadə edəcək, sonra Afrikaya yollanacaq.
“Bundan sonra hazırlaşırıq, səviyyəmizi yüksəldirik və Afrikaya yola düşürük, – Priqojin bölüşüb. – Ola bilsin ki, bizi özümüzü və təcrübəmizi biabır etməyə məcbur edilməyəcəyinə əmin olandan sonra xüsusi hərbi əməliyyata dönək”.
Priqojinin sözlərindən belə çıxır ki, şərti adı “Pioner” olan Sergey adlı şəxs Belarusda “vaqnerçilərə” rəhbər təyin edilib.
“Biz Molkinodan gətirdiyimiz bayrağı burada, Belarus istiqamətində rəhbər olacaq “Pioner” Sergeyə verəcəyik, – Priqojin bəyan edib. – Və bir Belarus və Rusiyanın iki lentini verəcəyik ki, kimsə bizim, əvvəllər deyildiyi kimi, bayraqsız və vətənsiz olduğumuzu düşünməsin”.
Daha sonra Priqojin sözü onlara “Vaqner” adını verən komandirə”, Dmitri Utkinə verib. O, öz növbəsində muzdlulara sayəsində “Vaqner qrupu” özəl hərbi şirkətin adının bütün dünyada əks-səda doğurduğu işlərinə görə minnətdarlıq edib.
Utkinin sön sözlərini birbaşa təhdid kimi anlamaq olar, onun sözlərinə görə, “bu, son deyil, tezliklə dünyada aparılacaq ən böyük işin yalnız başlanğıcıdır”.
Bu arada isə “Vaqner qrupu” Afrikanın bir neçə ölkələrlə öz xidmətlərinin təklif edilməsi ilə bağlı danışıqlar aparıb. Ehtimal ki, sazişlər Cənubi Afrika Respublikasında “Rusiya-Afrika” və BRİKS forumlarında imzalanacaq”, bunu “Afrik media” telekanalı məlumat verib.
Priqojin telekanala məlumat verib ki, yığılıb qalmış borclarının bir hissəsini ödəmək üçün bir sıra aktivlərini satmağa məcbur olub.
“Afrikada işimizə gəldikdə, heç şübhəsiz, biz bütün ölkələrdə başladığımız işi bu gün davam etdiririk. Biz bundan sonra da əməkdaşlıq və inkişaf üçün tamamilə açığıq. Haradasa quldur dəstələri və terrorçularla mübarizə üçün, bu ölkələrin xalqlarının müdafiəsi üçün “Vaqner qrupu”nun köməyi tələb olunacaqsa, biz bu şərtlər barədə razılığa gələrək dərhal bu tapşırıqların icrasına başlamağa hazırıq”.
O, əlavə edib ki, əməkdaşlıq zamanı ən başlıca şərt Rusiya Federasiyasının maraqlarına zidd olmamaqdır.
Bu arada isə “Vaqner qrupu” tərəfindən səfərbər edilən məhbusların sərbəst buraxılması barədə məlumatlar yayılıb.
Bunu “Vajnıye istorii” (“Mühüm tarixçələr”) nəşri öyrənib. Həbsxanalardan olan keçmiş məhbusların bir çöxu Anapa otellərində əfv ediləcəyini, sonra isə Rusiyaya dönəcəyini gözləyir.
Jurnalistlər müəyyən edib ki, təxminən 400 keçmiş məhbus Anapa yaxınlığında Vityazevo qəsəbəsi ərazisində üç oteldə yaşayır, əfv olunmazdan və ödənişlər edilməzdən öncə bu əraziləri tərk etmək onlara qadağan olunub. Onlar orada artıq iki aydır yerləşib.
Qapalı çatlarda onların keçmiş “zeklər” kimi davrandıqları və bir hissəsinin otelin ərazisini tərk edərək “pozğun həyat tərzi” keçirdiyi müzakirə edilir.
“Biz burada, Anapada, Vityazevoda “vaqnerçilər”in olmasından məmnun deyilik. Onlar gəzir, öz medallarını “yuyur”, onları lombarda verir. Onlar öz şirkətlərini rüsvay edirlər. Bu, rüsvayçılıqdır! – qadınlardan biri yazıb.
“Astra” Teleqram-kanalı məlumat verib ki, keçmiş məhbuslar Krasnodarda əksəriyyət otelləri məşğul edib. Orada onlar sərxoşluq edir, yerli sakinlərlə dalaşır, bununla bağlı tez-tez polis çağırılır.


























