image-reklam-veteninfo
image-cinare-babayeva-jpgbackend

“Mən bütün fəaliyyətim boyu müəllim adını yüksək tutmaq uğrunda çalışmışam”-Çinarə Babayeva

image-reklam-veteninfo

Hər bir cəmiyyətin gələcəyi onun müəllimlərinin çiyinlərində qurulur. Peşesinə sədaqətlə xidmət edən, illərini gənc nəslin təlim-tərbiyəsinə həsr edən pedaqoqlar hər zaman cəmiyyətin ən hörmətli simaları olmalıdırlar. Lakin təəssüf ki, bəzən ədalətsiz yanaşmalarla, əsassız ittihamlarla və qarayaxma kampaniyaları ilə üzləşən fədakar insanlar da olur.
Təssüflər olsun, hərdən milli mətbuatın bir parçası olaraq, bizlər də yerlərdən gələn iddia dolu informasiyaları bilərəkdən,yaxut da bilməyərəkdən yayımlamaqla cəmiyyəti aqresiyasını daha da qabarda bilirik. Amma KİV haqqında qanunun bizə verdiyi ən böyük ədalət tərzisi isə, yayılan məlumatlarla bağlı qarşı tərəfin mövqeini dərc etməklə bu məsuliyyətimizi yerinə yetirmiş oluruq.

Əslində o zaman Çinarə Babayeva kimdir?
Babayeva Çinarə Nail qızı Naxçıvan Dövlət Universitetini bitirdikdən sonra ölkənin gələcəyi naminə fədakar fəaliyyətə başlayıb. O, 15 sentyabr 2006-cı ildən Nüsrət Məmmədov adına Babək rayon Sirab kənd tam orta məktəbinə biologiya müəllimi təyin olunub. Sirab kəndinin ziyalıları onun haqqında dedikləri isə, doğurdan da maraq kəsb etdi: “Çinarə müəllimə hər zaman pedaqoji bacarığı, məsuliyyəti və təşkilatçılıq qabiliyyəti ilə seçilib”.
“Çinarə müəllimə 02 noyabr 2018-ci ildən Nüsrət Məmmədov adına Babək rayon Sirab kənd tam orta məktəbində Uşaq Birliyi Rəhbəri vəzifəsinə irəli çəkilib. Uşaqlarla işləmək bacarığı, onlarda Vətənə sevgini aşılamaq istiqamətindəki uğurlu fəaliyyəti onun nüfuzunu daha da artırıb. 16 sentyabr 2022-ci ildən etibarən isə Təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunan Çinarə müəllimə hazırda da bu məsuliyyətli vəzifəni layiqincə daşıyır. Onun arxada qoyduğu 20 illik zəngin pedaqoji fəaliyyəti əsl vicdanlı müəllim ömrünün bariz nümunəsidir”-Bu fikirlər də Sirablıların Çinarə müəlliməyə verdikləri dəyərin bir hissəsidir.
Qeyd edək ki, son zamanlar Çinarə müəlliməyə qarşı səsləndirilən müəllimlərdən pul almaq və digər neqativ hallarla bağlı iddialar tamamilə əsassızdır və onun adına ləkə yaxmaq məqsədi güdən qarayaxma kampaniyasıdır. 20 illik qüsursuz pedaqoji fəaliyyəti, dürüstlüyü və işgüzarlığı ilə hər zaman seçilən bir təhsil fədaisinə qarşı bu cür əsassız ittihamların irəli sürülməsi böyük haqsızlıqdır. Bu kimi qarayaxma cəhdləri illərini şagirdlərin maariflənməsinə həsr etmiş vicdanlı ziyalıya qarşı yönəlmiş qərəzli addımdır.
Çinarə müəllimənin həyat yolu və mənəvi dəyərləri hər zaman yüksək olub. Onun atası Birinci Qarabağ müharibəsi veteranıdır. Vətənpərvərlik ruhunda tərbiyə almış, dövlətinə və xalqına sədaqətlə xidmət edən ləyaqətli Azərbaycan xanımı olan Çinarə müəllimə bütün fəaliyyəti boyu bu yüksək dəyərlərə sadiq qalıb.
Hər zaman cəmiyyətə işıq saçan, bilik və bacarığını gənc nəslin yetişməsinə sərf edən belə dəyərli ziyalıların haqqını müdafiə etmək hər bir vicdanlı vətəndaşın borcudur. Çinarə müəllim özü də hər zaman prinsipial mövqeyi ilə seçilib və bu prinsiplərə sadiqliyini hər addımda sübut edib. O, haqqında aparılan qərəzli kampaniyalara cavab olaraq qətiyyətlə bildirir: “Mən bütün fəaliyyətim boyu müəllim adını yüksək tutmaq uğrunda çalışmışam”.
Həqiqətən də, illərini bu şərəfli peşəyə həsr etmiş dürüst bir pedaqoqun qurduğu təmiz ad və qazanılmış hörmət heç bir əsassız iddia və ya qarayaxma kampaniyası ilə kölgələnə bilməz…

Vətəninfo.az İnformasiya şöbəsi




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki