Azərbaycan çox qeyri adi bir coğrafiyadır. Tarixin bütün dövrlərinə nəzər salsan böyük dövlətlərin içərisində cəmi beş uzağı on nəfər qəhrəman adına rast gələrsən. Azərbaycanın hər dövründə, hər tarixində, hər ilində bir qəhrəman adı özünü tarixə yazıb. Belə TARİXƏ adını yazan QƏHRƏMANLARDAN biri də əfsanəvi komandir, “Murov qartalı” “ RAQUF ORUCOVDUR. Raquf Orucov 12 iyul 1972 ci ildə Ağdam rayonunda anadan olub.
Xöşbəxt insanam ki, Ağdamda hərbi hissədə keçirdiyimiz tədbir zamanı onu görmək mənə qismət olub. İnsanın üzündə necə bir əsalət olarmış İlahı! Raquf Orucovun simasında tarixin bütün qəhrəmanlarının cizgilərin görmək necə asan idi.
Qədim törədə bir söz var “Canın o torpaqdan dəyərlidisə, üstündə yeridiyin yer sənin Vətənin ola bilməz!!”. Əfsanəvi Komandirin bu sözlərinə diqqət verin “Silahın sirrlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan işdir. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da heç nəyə nail ola bilməyəcəksən”
18 yaşında Özbəkistanda, Sovet qoşunlarında xidmət etməkdən imtina edib gəlib Vətənində, doğma torpaqları uğrunda könüllü vuruşub.
Raquf Orucov nələr edib, kim olub.
-Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
– Raquf Orucov briqada komandiri ola-ola bütün nizamnaməyə arxa çevirib ermənilərin içərisinə tək, bəli tək kəşfiyyata gedib qayıdan biridir.
– Raquf Orucov 5 Azərbaycan əsgərini əsirlikdən xilas edən edən, əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir.
“Raquf Orucov Fərrux dağı uğrunda döyüşmüş, ayağından qəlpə yarası almışdı. Narahat olmasın deyə yaralandığını anasından gizlətmişdi. Şəhid olanacan o qəlpəni ayağında gəzdirdi. Havalar soyuyanda gizildəyirdi.
Bir dəfə əsgəri soruşub:
– Komandir, niyə əməliyyat etdirmirsiniz?
Cavab:
– Müharibə bitməyib hələ. Ola bilər, yenə yaralanım, qələbədən sonra hamısını birdəfəlik edəcəm.
“Murov qartalı” polkovnik-leytenant Raquf Orucov çox təəssüf ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmədi. Çox heyf, dövlətin başında oturanlar onun kimi QƏHRƏMANA bu adı qıymadılar. Bir QƏHRƏMANIN haqqını ona vermədilər.
Nəcməddin Sadıqovun qoyduğu qadağanın aradan qaldırmaq vaxtı deyilmi Zakir Həsənov? Nəcməddinin özünə düşmən hesab etdiyi RAQUF ORUCOVUN haqqını indi o yoxdursa vermək vaxtı çatmayıbmı cənab Nazir?
Niyə ona Milli Qəhrəman adı düşür sualına yüzlərlə onun qəhrəmanlıqlarından birini xatırlarmaq istəyirəm
1995-ci il yadınıza gəlir? Murovdağda ermənilərin 7 Azərbaycan əsgərini girov götürməsi məsələsi?
Raqufun komandanlığı altında, 6 nəfərlik heyət Kəlbəcərə gedib, 3 ermənini girov götürüməsindən sonra (onlardan biri alay komandirinin oğlu idi.) əsir olan 6 əsgərimizi geri qaytarmaq mümkün olduğunu bilirsiniz Sizdə
Unutmayın! Raquf Orucov 50 milyonluq dünya Azərbaycanlıların qəlbində artıq MİLLİ QƏHRƏMAN adını alıb. Paylaşdığım şəklə diqqətlə baxın! Gənclərin Örnək aldığı, sevdiyi, qürur duyduğu bir şəxsə qarşı ədalətsiz yanaşırsınız cənab Nazir
Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.
Yaşadığı 43 ilə şərəflə, alnı açıq, əsl kişi; VƏTƏNƏ layiqli, xeyirli bir insan kimi həyat sürdü ŞƏHİDİMİZ…Ruhun şad olsun, KOMANDİR!
Zaur Əliyev, dosent