İranlı siyasi analitik Cabir Rəcəbi “Sky News Arabia” telekanalına verdiyi müsahibədə arsenlə zəhərləndiyini və bu hadisənin İslam Respublikası ilə əlaqəli şəxslər tərəfindən həyata keçirildiyini açıqlayın.
SEPAH-ın Qüds qanadı ilə əlaqəli keçmiş şəxs və “Əsaib Əhli əl-Haq” qrupunun kommunikasiya direktoru kimi tanınan Rəcəbi yayımlanan videoda fiziki vəziyyətini nümayiş etdirərək zəhərlənmənin nəticəsində bütün dişlərini itirdiyini, daxili orqanlarında ciddi zədələr yarandığını və bir neçə ağır əməliyyata ehtiyac duyduğunu bildirib.
Rəcəbi zəhərlənməni onu susdurmaq məqsədi daşıyan “bioloji aradan qaldırma” kimi qiymətləndirib və bu təsirlərin ömrünün sonuna qədər davam edəcəyini vurğulayıb.
Məlumatlara görə, hadisə zamanı o, Tehranda təcili tibbi müdaxilə nəticəsində ölümdən xilas olub. Rəcəbi bu hadisəni “bioloji terrorçuluq” adlandıraraq, fikir ayrılığı yarandıqda keçmiş yaxın şəxslərin belə hədəfə çevrildiyini bildirib.


























