image-1backend

Mer seçki günü qətlə yetirildi

image-reklam_sirab_01

Meksikanın Miçoakan ştatında Kotiha bələdiyyəsinin rəhbəri Yolanda Sançes Fiqeroa öldürülüb. Vətəninfo.az xəbər verir ki, bu barədə Meksika mediası məlumat yayıb.

Bazar günü, eyni ştatda səsverməyə bir neçə saat qalmış yerli seçkilərə namizəd olan Cutseo İsrael Delqado öldürülüb. Faktla bağlı dövlət prokurorluğu araşdırmalara başlayıb.

“Miçoakan prokurorluğu Kotiha şəhərinin meri Yolanda Sançez Fiqeroanın qətlini pisləyir. Cinayətkarların tapılması üçün federal hakimiyyət orqanları ilə razılaşdırılaraq təhlükəsizlik əməliyyatına başlanılıb”, – deyə Ştat Hökuməti Katibliyinin X sosial şəbəkədəki səhifəsində bildirilir.

Financiero qəzeti qadının ən azı 20 güllə yarası aldığını və hadisə yerində öldüyünü bildirib. Əvvəllər o, “Yeni Nəsil Xalisko” (CJNG) kartelinin üzvlərindən, 2023-cü ildə isə bir neçə təhdid alıb. Sentyabrda o, Qvadalaxara şəhərində oğurlansa da, üç gün sonra sərbəst buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki