Türkiyənin Mersin vilayətində ağır qəza baş verib. Vətəninfo.az TRT Haber-ə istinadən xəbər verir ki, TAG şosesinin Yenice məntəqəsində sərnişin avtobusu qarşı hərəkət zolağına çıxaraq 2 minik avtomobili və 1 yük maşınına çırpılıb.
Qəzada 10 nəfər ölüb, 40 nəfər yaralanıb.