image-reklam-veteninfo
image-1backend

Merz: NATO əvvəlkindən daha çox Avropa xarakteri daşıyır

image-reklam-veteninfo

Almaniya kansleri Fridrix Merz NATO-nun əvvəlki dövrlərlə müqayisədə daha çox Avropa xarakteri daşıdığını bildirib.

Merz NATO-nun sammitində iştirak etmək üçün Ankaraya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Alyansın mahiyyəti transatlantik əməkdaşlığa əsaslansa da, bu gün NATO-da Avropanın rolu daha da güclənib.

“NATO bu gün əvvəlkindən daha çox Avropa təşkilatıdır. Bununla yanaşı, Alyans öz mahiyyətinə görə transatlantik olaraq qalır. Bu kontekstdə Ankarada keçiriləcək görüşün uğurlu keçəcəyinə və transatlantik əməkdaşlığın daha güclü Avropa diqqəti ilə davam edəcəyinə ümid edirəm”, – deyə Almaniya kansleri bildirib.

Fridrix Merz, həmçinin NATO-nun Avropa üzvlərinin Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb. Onun sözlərinə görə, müttəfiq ölkələr 2026–2027-ci illərdə Ukraynaya əlavə 70 milyard avro həcmində yardım ayrılması barədə razılığa gəliblər.

Qeyd edək ki, NATO-nun Ankarada keçiriləcək sammitində Alyansın təhlükəsizlik gündəliyi, müdafiə xərcləri, Ukraynaya dəstək və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki