Məşhur Hollivud aktyoru Şon Penn Ukraynanın “Müharibə heyvanların gözü ilə” filmində qonorar qarşılığında cəmi bir dollara çəkilib. O, “Qartal” romanında amerikalı prodüser obrazını canlandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Biz həmin söhbətə başlayanda o, ssenarini istədi, artıq çəkilmiş materiala baxdı, Miroslav Slaboşpitski ilə tanış oldu və dedi ki, onun həmin layihədə iştirak haqqı bir dollar olacaq”, – deyə layihənin prodüseri Oleq Koxan izah edib ki, Amerika Kino Gildiyasının qaydalarına görə, onun pulsuz rol almaq hüququ yoxdur.


























