image-1backend

Məşhur aktyor qətlə yetirilib: 5 nəfər həbs olundu

image-reklam_sirab_01

ABŞ-da məşhur aktyor Metyu Perrinin ölümü ilə əlaqədar 5 nəfər saxlanılıb.

İttihamlar Los-Ancelesdə keçirilmiş mətbuat konfransında elan edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə BBC xəbər verib.

ABŞ Prokurorluğunun yaydığı məlumata görə, həbs olunanlar iki həkim, Metyu Perrinin evində yaşayan şəxsi köməkçisi, “ketamin kralı” adlandırılan şəxs və digər maddə tədarükçüsüdür. Onlar aktyorun ölümünə bir neçə həftə qalmış ona ketamin adlı maddə verməkdə ittiham olunurlar. Onlar nə etdiklərindən xəbərdar olublar və maddədən asılı olan şəxsin vəziyyətindən sui-istifadə edərək bunu daha çox pul qazanmaq məqsədilə ediblər.

Metyu Perri 1994-2004-cü illərdə NBC-də yayımlanan rekord izləməyə malik məşhur “Dostlar” (“Friends”) serialının ulduzlarından biridir.

54 yaşlı aktyor ötən ilin oktyabrında evində ölü tapılıb. O, yüksək dozada maddə qəbul etdiyi üçün həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki