image-reklam-veteninfo
image-1backend

Məşhur əyləncə platforması 8 milyard dollara satılır

image-reklam-veteninfo

Məşhur əyləncə platforması OnlyFans-ın sahibi Fenix ​​International Ltd şirkəti bir qrup investora satmaq üçün danışıqlar aparır. Müqavilənin dəyəri 8 milyard dollar ola bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb. Alıcı qrupuna Los-Ancelesdə yerləşən The Forest Road Company investisiya şirkəti rəhbərlik edir. Platforma ilə maraqlanan digər potensial alıcılarla da danışıqlar aparılır.

Razılaşma yaxın və ya iki həftə ərzində baş tuta bilər. 2023-cü ildə şirkətin gəliri 6,6 milyard dollar olub. Bu, ciddi irəliləyişdir, çünki 2019-cu ildə şirkətin gəliri 375 milyon dollar olub. Hazırda şirkətin bir səhmdarı var, o, 2018-ci ildə platformanı almış ukraynalı amerikalı iş adamı Leonid Radvinskidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki