Fransanın “PSJ” klubunun yarımmüdafiəçisi Fabian Ruizin evi qarət edilib. Oğurluğu iki azyaşlı törədib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, insident bazar ertəsi Milanın “İnter”i ilə qalibiyyət oyunundan bir gün sonra baş verib. Xatırladaq ki, “PSJ” UEFA Çempionlar Liqası çərçivəsində İtaliya “İnter”ini 5:0 hesabı ilə məğlub edib. Cinayəti törədən iki azyaşlı hadisə yerində yaxalanıb. Xatırladaq ki, Ruiz “PSJ”dən belə cinayətin qurbanı olan ilk futbolçu deyil. Belə ki, 2023-cü ildə həmin klubun qapıçısı Canluici Donnarumma silahlı hücuma məruz qalıb, evi qarət edilərək yarım milyon avro dəyərində ziyan dəyib.