image-1backend

Məşhur hava limanı SATIŞA ÇIXARILDI

image-reklam_sirab_01

İstanbul Sabiha Gökçen Hava Limanının bütün idarəçilik hüquqlarına sahib olan Malayziya şirkəti “IC Holding” ilə tərəfdaşlıq üçün danışıqlar aparır.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, “IC Holdinq” Sabiha Gökçen Hava Limanının bütün paylarına sahib olan “Malaysia Airports Holdings Berhad” (MAHB) ilə danışıqlar aparıb.

Mənbələrin məlumatına görə, danışıqlar hələ ilkin mərhələdədir və heç bir razılıq əldə olunmayıb.

Xatırladaq ki, 34 milyon sərnişinə xidmət göstərən İstanbul Sabiha Gökçen Hava Limanının ikinci uçuş-enmə zolağı dünən keçirilən mərasimlə istifadəyə verilib. Sabiha Gökçen sərnişin sayına görə Türkiyədə İstanbul Hava Limanı və Antalya Hava Limanından sonra üçüncü yerdədir.

Qeyd edək ki, İmrahim Çeçenin idarə heyətinin sədri olduğu “IC Holdinq” Antalya Hava Limanındakı 49 faiz payını 2018-ci ildə 360 milyon avroya “Tav Holding”ə satıb. “IC Holding” Kütahyada Zəfər Hava Limanını da idarə edir.

“GMR Qrup” və “Limak İnvestment”in səhmlərini satın alan MAHB Sabiha Gökçen Hava Limanının bütün hissələrinə sahibdir.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki