image-image_750x_64e4ceca8911abackend

Məşhur jurnalist Putinin qəzəbinə gəlib

image-reklam_sirab_01

Rusiya Federasiyasının tərkibində olan Xakasiya Respublikasının rayon məhkəməsində keçirilən iclasda prokurorluq “New Focus” nəşrinin baş redaktoru Mixail Afanasevə 6 il həbs cəzası istəyib. Rusiya ordusu haqqında yalan xəbərlər yaymaqda ittiham olunur. Vətəninfo.az xəbər verir ki, bu barədə “Şəbəkə Azadlıqları” insan haqları layihəsi məlumat yayıb.

Bundan əlavə, ittiham tərəfi Afanasev-in 3 il müddətinə mediada və internetdə material dərc etməsinə qadağa qoyulmasını istəyib.

“Новый фокс” qəzetinin baş redaktoru 2022-ci ilin aprelindən həbsdədir. Cinayət işinin başlanmasına səbəb dövri nəşrdə Xakasiyada yerləşən Rosqvardiya OMON-un 11 döyüşçünün Ukraynaya qarşı döyüşməkdən imtina etməsi ilə bağlı dərc olunan məqalə olub.

Müstəntiqlərin fikrincə, Afanasev Rosqvardiyanın Xakasiya Departamentinin itkin düşən və yaralanan əməkdaşlarının sayı barədə “qeyri-dəqiq məlumat” dərc edib.
Yeri gəlmişkən, 5 azyaşlı uşağı olan redaktor təqsiri qəbul etmir və yazısının hadisə yerindən təsdiqlənmiş mənbələrə əsaslandığını təkid edir. “Memorial” jurnalı da öz növbəsində Afanasevi siyasi məhbus kimi tanıyıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki