Ukraynalı tanınmış komediya aktyoru və KVN komandasının üzvü Artem Stovpyatsky cəbhədə həlak olub. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Artem Stovpyatsky, “S Celoka” adlı komandanın üzvü idi və Çerniqov liqasının ən uğurlu komandalarından biri hesab olunurdu. Komanda 2000-ci illərin əvvəllərində müxtəlif festivallarda fəal iştirak etmiş və 2012-ci ildə Yalta Ümumkrayna Açıq KVN Liqasının “YAVOLK” festivalında birinci yeri qazanmışdı.