ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) proqramlarının dondurulmasından sonra Ukraynada yüzdən çox media və mədəniyyət təşkilatı maliyyə dəstəyindən məhrum olub. Vətəninfo.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Ukraynanın demək olar ki, bütün kiçik müstəqil KİV-ləri Amerikadan maliyyə dəstəyi alıb.
Mövcud vəziyyətdən çıxmaq üçün bəzi Ukrayna KİV-ləri redaksiyalara maliyyə dəstəyi təklif edir, çünki qrantlarla həyata keçirilən layihələr hazırda dondurulub və belə bir maliyyə vəsaiti yoxdur. El Pais qeyd edir ki, ABŞ-dan ən çox iqtisadi yardım alan ölkə Ukrayna olub. Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna üç il ərzində USAID vasitəsilə 34 milyard dollardan çox yardım alıb.