image-reklam-veteninfo
image-1backend

Məşhur memar qızının gözü qarşısında öldürüldü

image-reklam-veteninfo

Sankt-Peterburqda məşhur memar, SUART şirkətlər qrupunun direktorlar şurasının sədri Aleksandr Suponitski qətlə yetirilib.

Vətəninfo.az xəbər verir ki, məlumatı hüquq-mühafizə orqanlarına istinadən “Kommersant” yayıb.

Memar səhər saatlarında 10 yaşlı qızını məktəbə apararkən öldürülüb. KİV-in məlumatına görə, onlar üçüncü mərtəbədəki mənzillərindən çıxıb və liftin yanında tanımadığı şəxslə qarşılaşıblar. Sonuncu Suponitskiyə başının arxasına atəş açıb və qız mənzildən qaçıb. Uşağın qışqırtısını eşidən ana dərhal qapını açıb.

SHOT-un məlumatına görə, qətldə memarın onunla uzun müddətdir münaqişəsi olan 50 yaşlı qonşusu şübhəli bilinir.

Qeyd olunur ki, qətldən sonra cinayəti törədən şəxs binanın ikinci mərtəbəsini yandırıb, daha sonra intihar edib.
70 yaşlı Suponitski Sankt-Peterburq metrosunun “Qorkovskaya” və “Frunzenskaya” stansiyalarının, Qələbə parkının, Neva şəhərsalma dairəsinin, “Vostochnıy” yaxta klubunun və digər obyektlərin layihələndirilməsində iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki