image-reklam-veteninfo
image-1backend

Məşhur prodüser  dələduzluq ittihamı ilə axtarışa verildi

image-reklam-veteninfo

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva müstəntiqləri, məşhur “Laskoviy May” qrupunun prodüseri Andrey Razini şair Sergey Kuznetsovun pulu ilə külli miqdarda dələduzluq etməkdə ittiham ediblər. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi məlumatda bildirilib ki, Razin beynəlxalq axtarışa verilib və cinayət işi qiyabi olaraq başlanıb.

Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (“Dələduzluq”) ilə açılan cinayət işi üzrə Razin barəsində axtarış elan edilib. Yuri Şatunovun ailəsinin vəkili Asel Muxtarova-Kazarnovskaya bu məlumatı təsdiqləyib. O, bildirib ki, cinayət işi 2021-ci ildə şair Sergey Kuznetsovun mahnılarının ifasına görə nəzərdə tutulan qonorarın mənimsənilməsi ilə bağlı açılıb. Kuznetsovun dul arvadı bu işdə zərərçəkmiş şəxs olaraq tanınıb.

Hüquq-mühafizə orqanları Razini 10 ilə qədər həbs cəzası ilə üzləşə biləcəyini qeyd ediblər. Qeyd edək ki, bundan əvvəl Andrey Razinin “Laskoviy May” qrupunun mahnıları ilə bağlı hüquqlarından məhrum edildiyi bildirilmişdi. Həmçinin, məhkəmə 29 dekabr 1992-ci il tarixli müqavilənin etibarsız olduğunu qərara alıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki