image-reklam-veteninfo
image-1backend

Məşhur rəssam müharibədə həlak oldu

image-reklam-veteninfo

Avqustun 9-da Ukraynanın Zaporojye istiqamətində baş verən döyüşlər zamanı tanınmış ukraynalı rəssam və hərbçi David Çiçkan həyatını itirib.Vətəninfo.az xəbər verir ki. bu barədə onun silahdaşları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.

Jurnalist və hərbçi Maksim Butkeviç də “Facebook” səhifəsində məlumatı təsdiqləyib:

“Zaporojye istiqamətində düşmən hücumunu dəf edərkən David Çiçkan həlak olub”.

Silahdaşlarının sözlərinə görə, David Çiçkan avqustun 8-də döyüş zamanı ağır yaralanıb. Ertəsi gün isə aldığı xəsarətlər nəticəsində vəfat edib.

“O, hər zaman üzərinə düşən vəzifələri vicdanla yerinə yetirirdi, nə sosial statusuna, nə də başqalarının arxasında gizlənməyə çalışırdı. İnsanlarla səmimi idi və döyüş yoldaşları ilə siyasət, etika və sosial ədalət barədə düşüncələrini bölüşməkdən çəkinməzdi”, – deyə dostları yazıb.

Qeyd edək ki, David Çiçkan 1986-cı ildə Kiyevdə tanınmış rəssam İlya Çiçkanın ailəsində anadan olub. Rəssamlıq fəaliyyəti çərçivəsində qrafika, plakat, rəsm, küçə sənəti, performans və mətn kimi müxtəlif janrlarda çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki