image-1backend

Məşhur rusiyalı general HƏBS EDİLDİ

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov həbs edilib, hüquq-mühafizə orqanları tərəfindən TASS-a təhvil verilib.

TASS həmsöhbətinə istinadən qeyd edir ki, general-leytenant cinayət törətməkdə şübhəli bilinərək həbs edilib. İşin istintaqını Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi aparır. Artıq müstəntiq həbslə bağlı məhkəməyə müraciət edib.

Mənbə Kuznetsovun evində və iş yerində axtarış aparıldığını bildirir. Cinayət işinin başqa təfərrüatları barədə məlumat verilmir.

2010-2023-cü illərdə Kuznetsov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu orqan Müdafiə Nazirliyinin dövlət sirlərinin qorunması, xüsusi rabitənin idarə edilməsi, şifrələmə və hərbi senzura ilə məşğul olur. Kuznetsov 2023-cü ilin mayında Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki