Məşhur rusiyalı müğənni Natalinin əri və prodüseri Aleksandr Rudin Moskvada pəncərədən atılıb. 53 yaşlı kişi meyiti Belomorskaya küçəsindəki evlərdən birinin girəcəyində tapılıb. FVətəninfo.az xəbər verir ki, bu barədə xəbəri Mash Telegram kanalı yayıb.
Jurnalistlərin sözlərinə görə, Aleksandr son iki ildə koronavirusun fəsadları səbəbindən depressiyadan əziyyət çəkib. Ölümündən az əvvəl atasının ölümü ilə əlaqədar prodüserin səhhəti pisləşib. İlkin məlumata görə, intihara məhz bu səbəb olub.
“Ветер с моря дул” hitinin 49 yaşlı ifaçısı üçün bu, son zamanların üçüncü böyük itkisidir. üç il əvvəl atasını itirdi, iki həftə əvvəl isə qayınatası öldü.
Xatırladaq ki, Aleksandr və Natali 1991-ci ildə ailə qurublar. Onların üç oğlu var.


























