Dörd nəfər yerindəcə ölüb, iki uşaq xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələr ABC News-a bildiriblər ki, helikopterdə Siemens-in İspaniya və Cənub-Qərbi Avropa bölməsinin rəhbəri Aqustin Escobar, onun həyat yoldaşı, onların 4, 5 və 11 yaşlı uşaqları, həmçinin 36 yaşlı pilot olub. Eskobar İspaniyadan ailəsi ilə birlikdə ABŞ-a səfər etmişdi.
CNN-in təhlilinə və FlightRadar 24 saytına görə, vertolyot çaya düşməzdən əvvəl təxminən 16 dəqiqə havada olub. O, Manhettendən havaya qalxdı, Azadlıq Heykəlinin ətrafında dövrə vurdu və sonra Hudson çayı üzərindən Corc Vaşinqton körpüsünə doğru uçaraq təxminən 300 metr yüksəkliyə qalxdı. Daha sonra Nyu Cersi yaxınlığındakı çaya düşüb.
Meteoroloji məlumatlara görə, helikopterin qəzaya uğradığı vaxt ərazidə buludlu və küləkli olub.
Hadisə ilə bağlı Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırma aparılır.
ABŞ prezidenti Donald Tramp özünün Truth sosial platformasında başsağlığı verib.