Argentina millisi komandanın kapitanı Lionel Messinin vida matçında da qalib gəlib. Vətəninfo.az xəbər verir ki, Lionel Skaloninin komandası Buenos-Ayresdə keçirilən yoldaşlıq oyununda Benini 3-0 hesabı ilə məğlub etdi.
Nikolas Otamendi, Niko Paz və penaltidən effektiv şəkildə istifadə edən Messi fərqlənib. 39 yaşlı futbolçu həmçinin iki məhsuldar ötürmə edib.
Messi 2005-ci ilin avqust ayından bəri milli komandada oynayır, 208 matçda 126 qol vurub və 70 məhsuldar ötürmə edib, dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olub.
Dostluq görüşü
Argentina – Benin: 3:0
Nikolas Otamendi, 48, Nikolas Paz, 61, Lionel Messi, 71,


























