image-reklam-veteninfo
image-1backend

Məsud Pezeşkian dostuna yüksək vəzifə verdi

image-reklam-veteninfo

Vətəninfo.az  xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian keçmiş xarici işlər naziri, yaxın dostu olan  Məhəmməd Cavad Zərifi ölkənin strateji məsələlər üzrə vitse-prezidenti təyin edib.

“Onun rəhbərliyi və strateji məsələlər üzrə biliyi prezidentin təşəbbüslərini həyata keçirməyə kömək edəcək”, – Pezeşkian açıqlamasında bildirib.

Qeyd olunur ki, Zərif seçkiqabağı kampaniya zamanı Pezeşkiyanın yanında olub və ona dəstək verib. Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri olub. Xüsusilə, o, beynəlxalq vasitəçilərin “altılığı” ilə İranın nüvə problemi ilə bağlı danışıqları koordinasiya edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki