image-1backend

Məsud Pezeşkianı dəstəkləyən sosial media kanalı bağlandı 

image-reklam_sirab_01

İranda prezidentliyə namizəd mühafizəkar siyasətçi Səid Cəlilini tənqid edən və öndə olan digər prezidentliyə namizəd, islahatçılar qanadına mənsub azərbaycanlı Məsud Pezeşkianı dəstəkləyən məşhur “İslahat News” sosial media kanalı bağlanıb.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı islahatçılara yaxınlığı ilə tanınan kanalın rəhbəri Əli Əhmədniya xəbər verib.
O, bildirib ki, kanalın fəaliyyəti İranın “Eitaa” (təhlükəsizlik və sürətə diqqət yetirən bulud əsaslı mobil və masaüstü mesajlaşma proqramıdır) messenceri tərəfindən dayandırılıb.
“Hökumət rəsmiləri tənqidi media orqanlarını bağlamağa çalışırlar. Dövlət büdcəsindən maliyyələşən bəzi qurumlar seçki zamanı nəzərdə tutduqları namizədi prezident etmək üçün hər şey edirlər”, -deyə, Əhmədniya əlavə edib.
Əli Əhmədniya bununla bağlı məhkəməyə müraciət etdiyini, ancaq seçkilər zamanı heç bir düzgün cavab ala bilmədiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki