image-1backend

“Meta” şirkəti  İranla əlaqəli onlarla hesabı silib 

image-reklam_sirab_01

“Meta” Şirkəti saxta hesablar yaratmaq və insanları çaşdırmaq üçün koordinasiyalı fəaliyyət sahəsində şirkətin qaydalarını pozduğuna görə #İran_hökumətinə bağlı onlarla hesabı sildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, İsrail vətəndaşlarını hədəfə alan bu hesabların hamısı #İrandan yönləndirilib.
Bildirilib ki, “Meta” bu il 22 “Facebook” hesabı, 8 səhifə, 8 qrup və 23 “Instagram” hesabını müəyyən edərək silib.
“Meta” həmin hesablar vasitəsilə İranın aldatma əməliyyatının təkcə bu şirkətlə məhdudlaşmadığını, “Telegram”, “YouTube”, “X” (keçmiş Twitter) və “Tik Tok” kimi digər platformalarda da mövcud olduğunu vurğulayıb.
“Meta”nın bildiriyinə görə, sözügedən şəbəkənin üzvləri əsasən İsraillə bağlı xəbərləri və aktual hadisələri ivrit dilində paylaşıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki