“Həzi Aslanov” stansiyasının dalanında aparılan əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Bu barədə Bakı Metropolitenindən məlumat verilib.
Bildirilib ki, təxminən 280 metrlik ərazini əhatə edən layihə üç mərhələdə həyata keçirilir. Hazırda layihənin son mərhələsi üzrə genişmiqyaslı yenilənmə işləri aparılır.
Bu mərhələdə izolyasiya və gücləndirmə, drenaj və kommunikasiya xətlərinin çəkilişi, elektrik təchizatı, rabitə, işarəvermə və videomüşahidə sistemlərinin quraşdırılması həyata keçirilir.
Həmçinin havalandırma, yanğın təhlükəsizliyi, su və kanalizasiya infrastrukturu yenilənir.
Layihə üzrə işlərin noyabr ayının sonunda tam başa çatdırılması nəzərdə tutulur.


























