image-1backend

Metyu Miller:”Kurskda 10 min Şimali Koreya əsgəri var””

image-reklam_sirab_01

ABŞ Kursk bölgəsində təxminən 10.000 Şimali Koreya əsgərinin olduğunu qeyd edib.Vətəninfo.az xəbər verir ki,  ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib ki, onlar yaxın bir neçə gün ərzində döyüşə girə bilərlər.
“Dövlət katibinin cümə axşamı elan etdiyi kimi, Kursk bölgəsinə təxminən 8 min Şimali Koreya əsgəri gəlib. İndi biz təxmin edirik ki, Kursk bölgəsinə 10 minə yaxın adam gəlib və yaxın bir neçə gün ərzində döyüşlərdə iştirak etməyə başlaya bilər”, – Miller bildirib.

O, Şimali Koreya hərbçilərinin artıq Ukrayna silahlı qüvvələrinə qarşı müharibədə iştirak etməsi xəbərini təsdiq edə bilməyəcəyinə də aydınlıq gətirib.
Lakin Şimali Koreya əsgərləri döyüşə girsələr, onlar qanuni hədəflər olacaq, Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

Maraqlıdır ki, Kursk vilayətində Şimali Koreya əsgərlərinin olması ilə bağlı ABŞ-ın məlumatları Ukraynanın məlumatlarından bir qədər fərqlidir. Xüsusilə, Ukrayna prezidenti Vladimir Zelenski ölkənin kəşfiyyat məlumatlarına istinad edərək, Kursk vilayətində 11 min DRC əsgərinin olduğunu açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image