Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan “Midvolga 2” tankerinə Türkiyə sahillərindən 80 mil aralıda hücum edilib.

Tankerin mühərrikləri hələ də normal işləyir və gəmi Sinop istiqamətində hərəkət edir.
Türkiyə nazirliyi tankerə necə və kim tərəfindən hücum edildiyi barədə ətraflı məlumat verməyib.


























