Deputat Zaqatala rayonunun Qandax kəndində Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhid İsgəndərov Şahinin ailəsini ziyarət edib. Görüş zamanı şəhidin göstərdiyi igidlik və vətənpərvərlik nümunələri barədə danışılıb, onun xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığı vurğulanıb. Ailənin mövcud qayğı və ehtiyacları ilə maraqlanılıb.
Daha sonra Qandax kəndində vətəndaşlarla görüş keçirilib. Görüş zamanı kənd sakinlərinin infrastruktur problemləri,müxtəlif sosial və məişət yönümlü müraciətləri dinlənilib,millət vəkilinin səlahiyyətləri çərçivəsində bəzi məsələlər yerində həll olunub, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.Müraciətlər əsasında aztəminatlı ailələrə yardım göstərilib.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.