Vətəninfo.az xəbər verir ki, İran-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Sudeyf Bədri deyib: “İranın qonşu və dost ölkəsi Azərbaycan ilə əlaqələri tarixi, sivilizasiya və kimlik bağları üzərində qurulub və gündən-günə möhkəmlənməlidir.
Bu günlərdə Ərdəbildə keçirilən mərasim iştirakçılarından birinin Azərbaycan Prezidentinin ünvanına səsləndirdiyi özbaşına açıqlamalardan və nalayiq ifadələrdən sonra bəzi problemlər və münasibətlərdə gərginlik yaranıb, ümid edirik ki, İran hökumətinin rəsmi mövqeyi əsasında əlaqələrin möhkəmlənməsi üçün İslam Respublikası tərəfindən anlaşılmazlıqlar aradan qaldırılacaq”.