image-reklam-veteninfo
image-img-20250716-wa0128backend

Millət vəkili Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirdi – FOTOLAR

image-reklam-veteninfo

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ideologiyasında gənclərin inkişafı” mövzusunda gənclərlə faydalı və səmimi görüş keçirilib. Görüşdə YAP Zaqatala təşkilatının nümayəndələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala nümayəndəliyinin koordinatoru İlkin Həbilov, Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov və müxtəlif sahələrdən fəal gənclər iştirak edib.
Millət vəkili Asif Əsgərov ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətinin təməlini qoyduğunu, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirildiyini diqqətə çatdırıb. Deputat bildirib ki, gənclərimiz ölkəmizin gələcəyidir və onların bilikli, vətənpərvər, təşəbbüskar və milli dəyərlərə bağlı ruhda yetişməsi dövlətin əsas prioritetlərindən biridir.
Görüş interaktiv və qarşılıqlı dialoq şəklində keçib. Gənclər ölkəmizdə yaradılan inkişaf və karyera imkanları, regionda turizmin inkişaf perspektivləri, kənd təsərrüfatı və biznesə dövlət dəstəyi ilə bağlı suallar səsləndiriblər. Həmçinin innovativ ideyalar, könüllülük fəaliyyəti, startap təşəbbüsləri və region gənclərinin paytaxt və beynəlxalq layihələrdə daha aktiv iştirakı ilə bağlı məsələlərə toxunulub.
Millət vəkili Asif Əsgərov gənclərin hər bir sualına ətraflı cavab verərək, onları fəal olmağa, dövlətin və cəmiyyətin inkişafına töhfə verməyə səsləyib.
Tədbirdə çıxış edən gənclər onlara göstərilən diqqət və yaradılan imkanlara görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, belə görüşlərin onların dünyagörüşünün genişlənməsinə, vətənpərvərlik ruhunda formalaşmasına və sosial aktivliyinin artmasına böyük töhfə verdiyini qeyd ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki