image-2backend

Milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri

image-reklam_sirab_01

Ötən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Uzun illər erməni separatizminin yuvasına çevrilmiş tarixi şəhərimiz olan Xankəndidə artıq üçrəngli bayrağımız dalğalanır.  Sentyabr ayında ordumuz tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində bu ərazidə separatizmə son qoyuldu. Xankəndidə keçirilən hərbi paradda Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb.

Ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.  Dövlətimizin başçısı çıxışında işğal dövründə Ermənistanın destruktiv mövqeyi, sülhə maraqlı olmaması barədə fikirlərini ifadə edib və deyib ki,   Azərbaycan tərəfinın çağırışlarına əməl  edilsəydi müharibəyə ehtiyac qalmazdı. Lakin Ermənistan öz havadarlarına arxayın olaraq xoşluqla torpaqlarımızı azad etmədilər.

Vətən müharibəsində 44 gün ərzində Ermənistan ordusu diz çökdürüldü. Cənab Prezident çıxışında bu müharibədən sonra da ordu quruculuğunun davam etdirildiyini vurğulayıb: “İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq”.

Vətən müharibəsində hərbi əməliyyatların dayandırılmadından dörd il sonra bütün Qarabağda üçrəngli bayrağımızın dalğalandırılması, suverenliyimizin tam bərpa olunması dövlət başçısının uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Cənab Prezident vurğulayıb ki, “biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Xüsusilə, güclü ordunun yaradılması əsas vəzifə idi və ötən dövr ərzində belə bir güclü, qüdrətli ordu yaradıldı”.

Bundan sonrakı mərhələdə Ermənistan Prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmalı, hansısa xarici qüvvələrin regionda pozuculuq planlarına alət olmamalıdır. Təcrübə göstərir ki,  hər hansı təxribat cəhdləri Ermənistanın özü üçün ciddi problemlər yaradır. Ona görə də, rəsmi İrəvan nə qədər tez sülh  sazişi imzalasa, onun üçün faydalı olacaq.

Metin Hüseynov – siyasi şərhçi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image