image-1backend

Milli Məclisin bugünkü iclası ləğv olundu

image-reklam_sirab_01

Azərbaycan Milli Məclisinin dekabrın 4-nə planlaşdırılan plenar iclası ləğv olunub.

Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, buna səbəb dekabrın 3-də keçirilən iclasda gündəliyə çıxarılan bütün məsələlərin – büdcə zərfinə daxil olan sənədlərin və digər qanunlara əlavə və dəyişikliklər layihəsinin ikinci oxunuşdan keçməsi olub.

Parlamentin növbəti plenar iclasının vaxtı hələ müəyyən olunmayıb. Növbəti iclasda büdcə zərfinə daxil olan sənədlərin üçüncü oxunuşa çıxarılacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki