image-reklam-veteninfo
image-img-20250517-wa0063backend

Milli Məclisin deputatı Asif Əsgərov Vətən müharibəsi şəhidi Xəlilli Nicatın ailəsini ziyarət edib – FOTOLAR

image-reklam-veteninfo

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonuna səfəri çərçivəsində Vətən müharibəsi şəhidi Xəlilli Nicatın ailəsini ziyarət edib. Şəhidin ailə üzvləri ilə görüş zamanı onların qayğıları dinlənilib, ailəyə maddi yardım göstərilib. Millət vəkili qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir.
Daha sonra millət vəkili Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Qəbul zamanı müxtəlif kənd və qəsəbələrdən olan sakinlər sosial rifah, məşğulluq, torpaq sahələrinin sənədləşdirilməsi, tibbi xidmət,bank və digər gündəlik problemlərlə bağlı müraciətlər ediblər. Müraciətlər diqqətlə dinlənilib bir sıra məsələlərin yerində həlli təmin olunub,deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün olmayan bir sıra məsələlərin də yerində izahı verilib.Daxil olan müraciətlər əsasında bir sıra aztəminatlı ailələrə də maddi yardım göstərilib. Digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və onların icrası nəzarətə götürülüb.
Görüşün sonunda vətəndaşlar ölkəmizdə şəhid ailələrinə, aztəminatlı insanlara və ümumilikdə xalqın rifahına göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu qayğı sayəsində xalq özünü etibarda, diqqətdə və dövlətin arxasında hiss edir.

image-img-20250517-wa0078 image-img-20250517-wa0077 image-img-20250517-wa0076 image-img-20250517-wa0075 image-img-20250517-wa0074 image-img-20250517-wa0073 image-img-20250517-wa0072 image-img-20250517-wa0071 image-img-20250517-wa0070 image-img-20250517-wa0068 image-img-20250517-wa0069 image-img-20250517-wa0067 image-img-20250517-wa0065 image-img-20250517-wa0066 image-img-20250517-wa0064 image-img-20250517-wa0063


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki